Azərbaycanda müəllimlərin sayı azaldılır

Azərbaycanda müəllimlərin sayı azaldılır
Bütün Xəbərlər
12:28 18.04.2014
619
Təhsil Nazirliyinin təklifinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verib
"Müəllimlərin sayının azaldılması məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dəstəkləyir".
ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamsında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, hazırda ölkədə olan müəllim ordusunun sayının tənzimlənməsi üçün tədqiqat aparılması nəzərdə tutulur. Əsas məqsəd müəllimlərin dərs yükünün artırılması, bununla onlarına əmək haqqınnın yüksəldilməsidir. Lakin işsiz qalacaq pedoqoji kadrların yeni işlə təminatı da diqqətdə saxlanılmalıdır. Bütün bunlarla bağlı tədqiqatın yekununda təkliflər hazırlanacaq.
Xatırladaq ki, ölkədə müəllimlərin əmək haqqını yüksəltməyin yolu kimi onların sayını azaltmağı maliyyə naziri Samir Şərifov təklif edib.Müəllimlərin sayının mox olması məsələsini Təhsil Nazirliyi də bəyan edib.
OXŞAR XƏBƏRLƏR