“Azərbaycanda müharibədir, toy edə bilmərik” - Məşhur türk aktrisa

“Azərbaycanda müharibədir, toy edə bilmərik” - Məşhur türk aktrisa
MAQAZİN
14:39 27.10.2020
3314

Türkiyənin məşhur müğənnisi Cem Belevi dörd ildir sevgili olduğu aktrisa Zehra Yılmazla toyunu təxirə salıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə o özü məlumat yayıb. O, Azərbaycanın müharibə şəraitində olduğunu, bu səbəbdən nikahın tarixində dəyişiklik etdiklərini deyib:

"Azərbaycan işğal altında olan torpaqlarını xilas etmək üçün savaşır. Anam və atam Bakıda yaşayır. Bu mühitdə toy etməyimiz doğru deyil. Bu səbəbdən toy tarixini müvəqqəti olaraq təxirə saldıq”.

OXŞAR XƏBƏRLƏR