Azərbaycanda multikulturalizm siyasəti

Azərbaycanda multikulturalizm siyasəti
Bütün Xəbərlər
02:41 25.01.2016
2878

Səməd Rzazadə,“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təsisçisi və sədriMillətlərin və milli etniklərin bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı Dialoq azadlığı vardır. Azərbaycanda müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə etmək imkanına malikdir. Ölkədə multikulturalizmin yaranması və inkişafında modernləşmə və Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın əsasını millilik, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi insan hüquq və azadlığına riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə vətən qəbul etmiş, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların vəhdət şəklində, dostluq, hətta qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin inkişaf etdiyi ümumi talelərini əks etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt isə ondan ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bir ideya-fəlsəfi, mədəni məkanda tamlaşdıran, bütövləşdirən gücdür. Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni, siyasi və hüquqi nizamlanmasının, insanları mənən səfərbər edən və vəhdətinin əsas faktorudur. Azərbaycanın vətəndaş cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə etnik və dini dəyərlər ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda birləşdirici faktor kimi milli dövlət, ümumxalq ideyası olaraq azərbaycançılıq universallaşır. Təbii ki, burada məcburiyyət yoxdur. Amma elə məqsəd, elə prioritetlər var ki, onlar milli ideya olaraq müəyyənləşir. Belə məqamdasa vətəndaşların dini, etnik, və sosial mənsubiyyətindən asılı olmadan bu kimi ideyalar geniş dəstək qazanır. Bu ideologiya məhz azərbaycançılıqdır. Bu isə Azərbaycan vətənpərvərliyi, dövlət müstəqilliyi, milli təhlükəsizliyin qorunması, demokratik və iqtisadi islahatlarla ölkənin modernləşdirilməsidir.

Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alınmaqdadır.

Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait yaradılıb: "Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi və saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır

OXŞAR XƏBƏRLƏR