Azərbaycanda nazirin avtomobili ağır qəzaya düşdü - FOTOLAR

Azərbaycanda nazirin avtomobili ağır qəzaya düşdü - FOTOLAR
Bütün Xəbərlər
18:01 07.12.2015
3469

Azərbaycanda nazirin maşını qəzaya düşüb.

Hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın “Chery Tiggo” markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

AZXEBER.COM xəbər verir ki, APA-nın əməkdaşı qəzaya düşən avtomobillərin fotosunu da çəkib.

Qəzaya düşən BMW markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir. Kənd Təsərrüfatı Nazirliyi nin mətbuat xidmətinin rəhbəri Murtuzəli HacıyevAPA-ya faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb.

Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib.

OXŞAR XƏBƏRLƏR