Azərbaycanda nə qədər erməni şəxsiyyət vəsiqəsi almaq istəyir? – DƏQİQ RƏQƏM

Azərbaycanda nə qədər erməni şəxsiyyət vəsiqəsi almaq istəyir? – DƏQİQ RƏQƏM
Bütün Xəbərlər
00:44 13.12.2012
2524

Azərbaycanda təqribən 30 min nəfər qeydiyyatsız yaşayır. Bu barədə SalamNews-a Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib. Onun sözlərinə görə, rəsmən bu rəqəm 2 min nəfər təşkil edir. Mövcud qanunvericilik 1992-ci il yanvarın 1-dən sonra vətəndaşsızlıq kateqoriyasına düşmüş şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsini nəzərdə tutmur. Eksperin fikrincə, bu həmin şəxslərə qarşı ədalətsizlik anlamına gəlir: "İstənilən şəxs istənilən vaxt vətəndaşlığını itirə bilər. Məsələn, bir şəxs öz ölkəsinin vətəndaşlığından imtina edir, bununla belə, digər ölkənin vətəndaşlığını almaqda çətinlik çəkir. Bu halda, həmin şəxs vətəndaşlığını itirərək sənədsiz qalır”. O, vətəndaşlığı olmayan 30 min nəfərin sırasına Gürcüstan azərbaycanlıları, ölkədən kənarda anadan olmuş azərbaycanlılar, həmçinin, Qarabağ hadisələri zamanı və sonrada ölkəyə gəlmiş ermənilər və onların uşaqları daxildir. Hüquq müdafiəçisi Bakıda yaşayan 30-dan çox erməninin şəxsiyyət vəsiqəsi almaq üçün Miqrasiya Mərkəzinə müraciət etdiyini deyib. Xatırladaq ki, bu yaxınlarda, Bakı 1 saylı inzibati-iqtisadi məhkəməsi Janna Şahmuradyan və qızının lazımi sənədlərlə təmin edilməsi ilə bağlı Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə tapşırıq verib. Bildirək ki, sözügedən şəxslər Bakıda anadan olub və heç vaxt yaşayış yerini dəyişməyiblər.

OXŞAR XƏBƏRLƏR