Azərbaycanda neft hasilatı artırılacaq

Azərbaycanda neft hasilatı artırılacaq
İQTİSADİYYAT
11:54 24.10.2012
1957
Azərbaycanda neft hasilatı ilə bağlı prezident İlham Əliyevin tapşırıqlarından sonra Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP şirkəti arasında aparılan danışıqlarda neft hasilatının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.Bununla bağlı hazırlanacaq proqrama əsasən, 2013-cü ildə “Əsrin Müqaviləsi” çərçivəsində neft hasilatı 2012-ci il həddində, yəni 33 mln. ton, 2014-cü ildə isə 35 mln. ton səviyyəsində proqnozlaşdırılır. Sonradan, 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulur. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.
OXŞAR XƏBƏRLƏR