Azərbaycanda orta məktəb müəllimini bıçaqlayan şəxsin kimliyi məlum oldu

Azərbaycanda orta məktəb müəllimini bıçaqlayan şəxsin kimliyi məlum oldu
Bütün Xəbərlər
14:19 29.04.2013
1235
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, aprelin 27-də Gəncə şəhər sakini, 25 saylı orta məktəbdə müəllim işləyən 1980-ci il təvəllüdlü N.Əliyev qarın nahiyəsinin deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Bıçaqlanan şəxs polis əməkdaşlarına şəhərin Poçt qəsəbəsində naməlum şəxs tərəfindən bıçaqlandığını bildirib. Aparılan əməliyyat tədbirləri nəticəsində N. Əliyevi bıçaqlayan şəxsin kimliyi məlum olub. Bu şəxs 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Romellan Əfəndiyevdir. Hazırda polis cinayət törədən şəxsin axtarılması istiqamətində tədbirlər həyata keçirir.
//APA
OXŞAR XƏBƏRLƏR