Azərbaycanda oğul anasını yumruqla qətlə yetirdi

Azərbaycanda oğul anasını yumruqla qətlə yetirdi
MEDİA
12:24 12.04.2013
2597

Hadisəni törədilən şəxs saxlanılıb.

Azərbaycanda oğul anasını qətlə yetirib. Binəqədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 11 aprelin saat 23:00 radələrində rayonun Bəhlulzadə küçəsində yerləşən 1 saylı yataqxanada, bina 29A, 709-cu otaqda 1939-cu il təvəllüdlü İsmayılova Suğra Əşrəf qızı baş və üz nahiyəsindən çoxsaylı xəsarətlər yetirilmiş meyidi aşkar edilib. Araşdırma nəticəsində məlum olub ki, həmin yataqxanada məskunlaşan, Ağdam rayonundan olan məcburi köçkün, 38 yaşlı Habil Əsədulla oğlu İsmayılov anası, 74 yaşlı Suğra Əşrəf qızı İsmayılovanı döyərək qətlə yetirib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən H. İsmayılov tutulub və anasının başından yumruqla vuraraq öldürdüyünü etiraf edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR