Azərbaycanda oğul atasını avtomobillə vuraraq öldürüb

Azərbaycanda oğul atasını avtomobillə vuraraq öldürüb
SOSİAL
16:09 21.07.2021
3008
Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR