Azərbaycanda ova çıxmış 27 yaşlı gənc ehtiyatsızlığın qurbanı oldu
Bütün Xəbərlər
09:35 08.01.2013
1262
Zərdab rayonunda ov zamanı faciə baş verib. Zərdab rayon polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Yuxarı Seyidlər kəndində qeydə alınıb.Belə ki, kənd sakinləri 1986-cı il təvəllüdlü Mustafayev Bəhman Mehman oğlu və 1988-ci il təvəllüdlü Abbasov Ceyhun Baris oğlu ova yollanıblar. Axşam saat 18:30 radələrində C. Abbasovun ov tüfəngindən açdığı atəş nəticəsində B. Mustafayev hadisə yerində dünyasını dəyişib.İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.