Azərbaycanda ova gedən 2 nəfər bir-birini güllələdi

Azərbaycanda ova gedən 2 nəfər bir-birini güllələdi
Bütün Xəbərlər
10:34 28.06.2013
1225

Beyləqan rayonunda həmkəndlilər bir-birini  güllələyib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində meşəlikdə ov zamanı qeydə alınıb. 

Ramal Əhmədov və onun həmkəndlisi Rafiq Vəliyev ehtiyatsızlıqdan bir-birlərinə atəş açıblar. Nəticədə R. Əhmədov ölüb, R. Vəliyev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR