Azərbaycanda pensiyaların ödəniş vaxtı dəyişdirildi

Azərbaycanda pensiyaların ödəniş vaxtı dəyişdirildi
TOP4
16:14 06.04.2020
5949
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası əhaliyə xəbərdarlıq edib.
 
AZXEBER.COM xəbər verir ki, sözügedən qurumlar vətəndaşların nəzərinə çatdırır ki, "COVİD - 19” pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib. 

Belə ki, pensiya ödənişlərinə münasibətdə Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ödənişlərin ayın 8-i tarixində, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-u tarixində, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-u tarixində, Respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-i tarixində ödənilməsi müəyyən edilib.

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.

Diqqətinizə çatdırılır ki, Covid-19 pandemiyası ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda, bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Hər hansı sualınız olacağı təqdirdə, 142 - Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"