Azərbaycanda peykə həsr olunan marka buraxıldı - FOTO

Azərbaycanda peykə həsr olunan marka buraxıldı - FOTO
Bütün Xəbərlər
14:14 14.02.2013
1227
Nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla çap olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibəti ilə poçt markasını dövriyyəyə buraxıb.
RİTN-dən ANS PRESS-ə verilən məlumata görə, nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla çap olunub.
Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, “Azərkosmos” ASC-nin loqosu və yeni binası, habelə “Azərbaycanın ilk telekommunikasiya peyki” yazısı təsvir olunub.
OXŞAR XƏBƏRLƏR