Azərbaycanda polis əməkdaşı yol qəzasında öldü - FOTO

SOSİAL
10:37 14.10.2021
1180
Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü - 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.
 

 



OXŞAR XƏBƏRLƏR