Azərbaycanda polis icra başçısını döydü - ŞOK

Azərbaycanda polis icra başçısını döydü - ŞOK
Bütün Xəbərlər
13:15 13.12.2012
4595

Gəncə şəhərində polislə İcra Hakimiyyəti başçısı arasında insident baş verib. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, yol-patrul inspektoru Vüqar Sultanov Gəncə şəhərində yerləşən və Xatirə parkı adı ilə tanınan ərazidə ədəbsiz hərəkət edərkən, onu həmin parkın yerləşdiyi Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev görüb.

İcra başçısı həmin polis nəfərinə iradını bildirib və ona özünü layiqli aparmalı olduğunu bildirib. Polis əməkdaşı M.Mustafayevin iradını özünə təhqir bilib və icra başçısına hücum edib. O, əlinə keçən daşlarla M.Mustafayevi vurub, taxta parçasını götürərək hücum edib. Yaxınlıqdakı şəxslər polis əməkdaşını çətinliklə də olsa, sakitləşdirə biliblər. İcra başçısı hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsin cəzalandırılmasını istəyib.

Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıxov Lent.az-a bildirib ki, hazırda icra başçısının müraciəti əsasında araşdırmalar davam etdirilir. Polis rəisi bildirib ki, hadisə baş verən vaxt Vüqar Sultanov məzuniyyətdə olub: “İcra başçısı əraziyə baxış keçirərkən bir nəfərin qazılmış xəndəkdə ədəbsiz hərəkət etdiyini görüb və yaxınlaşaraq iradını bildirib. Bu zaman həmin şəxslə birgə olan yol patrul inspektoru Vüqar Sultanov onlara yaxınlaşıb. O icra başçısını tanıyıb və anlaşılmazlığa görə üzrxahlıq etmək istəyib. Məharət müəllim isə ona iradını bildirib. V.Sultanov isə iradları qəbul etməyib, nalayiq ifadələr işlədib. Buna görə də icra başçısı məsələ ilə bağlı müraciət edib. Hadisə vaxtı hər hansı xəsarət qeydə alınmayıb, söyüş-təhqiramiz ifadələr işlədilib”. Ə.Sadıxov onu da bildirib ki, faktla bağlı toplanmış materiallar prokurorluğa göndərilib və araşdırma prokurorluqda aparıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib