Azərbaycanda polis qəzaya düşdü: Vəziyyəti ağırdır

Azərbaycanda polis qəzaya düşdü: Vəziyyəti ağırdır
SOSİAL
13:50 23.04.2022
662
Salyan rayonu ərazində polis əməkdaşı qəzaya düşüb.

AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, hadisə Şorsulu kəndində qeydə alınıb.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin baş müstəntiqi, kapitan Gündüz Hacızadə idarə etdiyi "Hyundai” markalı avtomobili aşırıb.

Kapitanın vəziyyəti ağırdır.

Hadisə xidmətdən kənar vaxtda baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR