Azərbaycanda polislər qəzaya düşdü, biri öldü - FOTOLAR - YENİLƏNİB

HADİSƏ
09:19 24.11.2021
1344
Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda deyilir:

"Bu gün-noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Reginoal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi "Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".
 
09.26
 
Gəncə şəhərində polis əməkdaşı Renat Əliyevin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə AZXEBER.COM-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, qəzada ölən R.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşıdır.
 
08:50

Gəncə şəhərində polislər yol qəzasına düşüb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə şəhərin M.Bağırov küçəsində baş verib.

Qəza nəticəsində polis baş serjantı Renat Əliyev vəfat edib. Bir nəfər isə yaralanıb.

Xəsarət alan polis əməkdaşı xəstəxanalardan birinə yerləşdirilib.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR