Azərbaycanda yeni medal təsis edir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər ediləcək.
Layihəyə əsasən Azərbaycan polisinin 95 illiyi (1918-2013) ilə əlaqədar olaraq “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” medalı təsis olunur. Bundan başqa, eyni adlı əsasnamə də təsdiq olunacaq. Layihə Milli Məclisin 19 aprel plenar iclasında müzakirəyə çıxarılacaq.//apa