Azərbaycanda polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - DİN-dən rəsmi açıqlama

SOSİAL
15:33 15.12.2019
7104
Daxili İşlər Nazirliyi (DİN) polkovnik Qadir Vəlişovun həbsi ilə bağlı məlumat yayıb. 

DİN-dən  verilən məlumata görə, noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər.  

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib. 

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb.  

Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:04 23.09.2020

"O qədər dedilər, tanınmışlar da qara günə qaldı" - VİDEO

19:00 23.09.2020

İlham Əliyev: "Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir"

18:59 23.09.2020

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatdı - VİDEO

18:47 23.09.2020

Azərbaycanda şirkət rəhbəri həbs edildi - RƏSMİ

18:22 23.09.2020

Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub

18:08 23.09.2020

Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı - FOTO

17:55 23.09.2020

Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib

17:32 23.09.2020

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTOLAR

17:27 23.09.2020

“Prezident beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi” - Deputat

17:24 23.09.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ

17:14 23.09.2020

Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan - VİDEO

17:13 23.09.2020

Canlı yayıma zəng edib, Minanı biabır etdi: "Bu nə geyimdi, bu nə oturuşdu?" - VİDEO

17:03 23.09.2020

Azərbaycanda kişi keçmiş arvadını mağazada belə bıçaqladı - ANBAAN VİDEO

16:54 23.09.2020

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi

16:54 23.09.2020

Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edə bilər

16:51 23.09.2020

Cimerlik.az saytı fəaliyyətini dayandırdı

X Mostbet