Azərbaycanda qadın zorlayan türkiyəli saxlanıldı

Azərbaycanda qadın zorlayan türkiyəli saxlanıldı
Bütün Xəbərlər
12:20 12.08.2015
3047
O, polis şöbəsinə təhvil verilib.
Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb.
AZXEBER.COM  xəbər verir ki, “Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı, 45 yaşlı Ahmet Akkaş “Ford” markalı avtomobili ilə Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun Tovuz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarışa verildiyi məlum olub.
A.Akkaş polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR