Azərbaycanda qadının evində yarım milyon dollarlıq cinayət törədənlər tutulublar.
Cinayət hadisəsi ötən il avqustun 8-də Sima Quliyevanın evində edilib. Naməlum şəxslər onun evindən 300000 manat dəyərində qızıl əşyaları, 100000 manat isə pul aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, oğurluq edənlərdən biri - Şahin Kərimov Baş Cinayət-Axtarış İdarəsi və Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yaxalanıb. Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə cinayəti Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə törətməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov da tutulub.