Azərbaycanda qanunvericiliyinin tələblərini pozan 79 əcnəbi saxlanılıb

Azərbaycanda qanunvericiliyinin tələblərini pozan 79 əcnəbi saxlanılıb
Bütün Xəbərlər
19:55 27.06.2012
1128

Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 79 əcnəbi saxlanılıb.

AZXEBER.COM qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

18-23 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri və Abşeron rayonunda qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilb. Eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozan 79 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
OXŞAR XƏBƏRLƏR