“Azərbaycanda qanvermə aksiyaları ənənə halını alıb” - Elnur Mustafayev

“Azərbaycanda qanvermə aksiyaları ənənə halını alıb” - Elnur Mustafayev
SOSİAL
09:40 25.06.2026
270
"Qanvermə aksiyaları artıq Azərbaycanda ənənə halını alıb”

AZXEBER.COM xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə doktoru Elnur Mustafayev deyib.

O bildirib ki, qanvermə aksiyaları xeyirxahlıa məqsədiylə həyata keçirilir. 

Onun sözlərinə görə, ölkənin müxtəlif təşkilatlarında, eləcə də dini ocaqlarda Aşura günü münasibətilə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Toplanan qan ehtiyacı olan insanlara yönləndirilir ki, bu da Aşura gününün fəlsəfəsi və mahiyyəti ilə tam uyğunluq təşkil edir.

İctimai Şura sədri vurğulayıb ki, bu aksiyaların əsas məqsədi humanizm və həmrəylik dəyərlərini təşviq etməkdir. 
Qanvermə aksiyaları Aşura gününün mənəvi ruhunu yaşatmaqla yanaşı, cəmiyyətdə xeyirxahlıq və yardımlaşma ənənələrinin möhkəmlənməsinə də töhfə verir.

Şahanə
OXŞAR XƏBƏRLƏR