Azərbaycanda qardaş bacını qətlə yetirdi - YENİLƏNİB

Azərbaycanda qardaş bacını qətlə yetirdi - YENİLƏNİB
Bütün Xəbərlər
12:07 13.06.2014
1354
14:56
Şəmkirdə 33 yaşlı qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.
Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 33 yaşlı Nəsibə Tağılını qardaşı, 25 yaşlı Adil Tağılının qətlə yetirdiyi müəyyən edilib.
A. Tağılı saxlanılıb.
Qətl hadisəsi ötən gecə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.
12:07
Bu gecə saat 01:30 radələrində Şəmkir rayonunun Çaparlı kəndində dəhşətli qətl hadisəsi baş verib. 
Rayon Prokurorluğundan ANS PRESS-ə verilnə məlumata görə, kənd sakini 33 yaşlı Nəsibə Tağılı yaşadığı evdə vəhşicəsinə öldürülüb.
Ona çoxsaylı bıçaq zərbələri vurublar. Qadının meyidinin üzərində küt alətlə vurulan zərbələr də olub.
Hazırda baş verən dəhşətli cinayətin açılması istiqamətində əməliyyata başlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR