Azərbaycanda qardaş qardaşının evini yandırdı

Azərbaycanda qardaş qardaşının evini yandırdı
Bütün Xəbərlər
14:23 19.04.2012
1238

Aprelin 18-də Zaqatala rayonunda yanğın olub.

Zaqatala rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Yuxarı Tala kəndində kənd sakini Əliyev Cəlaləddin Nəcməddin oğlu qardaşı Əliyev Əli Nəcməddin oğlunun evini yandırıb. Məlumata görə, sərxoş vəziyyətdə olan C.Əliyev ümumi sahəsi 190 kv.m olan birmərtəbəli 5 otaqlı evin üstünə yandırıcı maddə töküb və od vurub. Evin dam örtüyünün yanar konstruksiyaları 140 kv.m sahədə və 1 otağın tavanı 20 kv.m sahədə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının daha da geniş ərazini əhatə etməsinə imkan verməyib. Qeyd edək ki, Ə.Əliyev qardaşının əməli ilə bağlı polisə şikayət edib.

OXŞAR XƏBƏRLƏR