Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə

Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə
Bütün Xəbərlər
18:45 26.06.2014
1300
Tərtərtdə qarpızdan zəhərlənmə faktı baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Küçərli kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 5 nəfər zəhərlənib.
Zəhərlənənlər 52 yaşlı Kərim Əzimov, 30 yaşlı Günay Əzimova, 34 yaşlı Eldəniz Zeynalov, 34 yaşlı Ramil Zeynalov və 51 yaşlı Aybəniz Abdullayeva dərhal Quzanlı qəsəbəsində yerləşən Ağdam MRX-na aparılıb. Xəstələrə tibbi yardım göstərilib.
Ağdam MRX-dan verilən məlumata görə, zəhərlənənlərin vəziyyəti normaldır. Onlar artıq evə buraxılıblar.
OXŞAR XƏBƏRLƏR