Azərbaycanda qatar 28 yaşlı qadının üstündən keçdi

Azərbaycanda qatar 28 yaşlı qadının üstündən keçdi
Bütün Xəbərlər
14:33 16.08.2013
1238

Bakı-Qazax marşrutu üzrə hərəkət edən sərnişin qatarı adam vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 8 radələrində Gəncə və Zazalı stansiyaları arasında baş verib.

Əkin sahəsindən qayıdan Gəncə sakini, 1985-ci il təvəllüdlü Mirzəyeva Səyyarə Ədil qızı dəmir yolunu keçmək istəyərkən relslərin üstünə yıxılıb.

Bu vaxt hərəkətdə olan qatar onun üstündən keçib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR