Azərbaycanda qatarda partlayıcı maddə tapılıb

Azərbaycanda qatarda partlayıcı maddə tapılıb
Bütün Xəbərlər
11:03 06.06.2013
1050

Bakıda sərnişin qatarında partlayıcı maddə tapılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən verilən məlumata görə, Bakı-Qazax xətti ilə hərəkət edən sərnişin qatarı Keşlə Dəmir Yolu stansiyasında saxlanılıb.

Qatara baxış keçirilərkən 10-cu vaqonunun 13-cü kupesində olan sərnişin, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Sakit Əsgərova məxsus bağlamanın içərisindən 200 qram barıt, 1 kiloqram karteç güllələr aşkar edilərək götürülüb. S. Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//apa

 

OXŞAR XƏBƏRLƏR