Azərbaycanda qayınata gəlini zorladı - TƏFƏRRÜAT

Azərbaycanda qayınata gəlini zorladı - TƏFƏRRÜAT
Bütün Xəbərlər
14:08 11.09.2013
12694

Göyçayda qaynata övladının sonzuluğunun gizlədilməsi üçün gəlinini zorlayıb. Türkürpədici hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində baş verib. Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qaynata qızın gözünü qorxudaraq, daha doğrusu, ölümlə hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb. Qızın istəyi olmadan baş verən bu iyrənc proses onu dəfələrə özünə qəsd etməyə məcbur edib. Nəticədə isə bundan xəbər tutan ər ailəsi hər vəchlə onun qarşısını alıb. Qızın sözlərinə görə, qaynatası tərəfindən zorlanan gəlin ilk gündən bunu qorxusundan valideynlərindən gizlətsə də, qaynanası Gülxar İbrahimovdan gizlətməyib. Olayı olduğu kimi ona bildirib. Lakin bundan xəbəri olan qaynana da qaynatanın hərərkətini ört-basdır edərək, oğlunun el içində sonzuz kimi biabır olmasını istəməyib. Gülxanımın sözlərinə görə, həttə qaynata və qaynana bu işi birlikdə görərək, ev-eşiyin əldən çıxmamasını və kənddə biabır olmamaq üçün gəlini dəfələrlə yola gətirməyə çalışıblar. Lakin buna dözə bilməyən gəlin, bir neçə dəfə özünə qəsd etmək istəyib. Gəlin hətta evdən qaçmağa da cəhd göstərib. Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qaynata onu psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da ata evinə təhvil verib. “Son vaxtlar övlad olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa düşürəm. Qoy bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam”, - deyə qaynata bildirib. Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Hətta qızın atası Süleyman Mahmudovun verdiyi məlumata görə, ayın 16-da qızın özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib. Onun sözlərinə görə, qızı qaynataya bu sözləri deyirmiş. “Əclaf sən utanmırsan, həyatımı bitirdin. Gör öz qızın yaşdayam, mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin ailədə yaşaya bilmərəm. Utanın”. Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər. Hazırda iş istintaqda olsa da, yubanmalar və süründürməçilikdən ailə şikayətçidir. Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb direktorunun müavini işlədiyi Qarağıdır kəndindən uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla sizi günahlandırdığını bildiriblər. Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı olmadığını bildiriblər. Qaynata məktəb direktor muavini, qaynana isə müəllimədir.//anspress

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək