Azərbaycanda qeyri-adi oğurluq: Evakuator sürücüsünü aldadıb maşını rayona apardılar - VİDEO

Azərbaycanda qeyri-adi oğurluq: Evakuator sürücüsünü aldadıb maşını rayona apardılar - VİDEO
KRİMİNAL
13:27 06.12.2021
536
Bakıda avtomobil oğurlayan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus QAZ-3110 markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin nəqliyyat vasitəsini qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əvvəlcədən planlaşdırdıqları kimi evakuator xidməti göstərən şirkətlərdən birinə zəng edərək avtomobilin nasaz olduğunu bildiriblər. Daha sonra onlar özləri ilə gətirdikləri saxta dövlət qeydiyyat nişanı və sənədləri evakuatorun sürücüsünə göstərərək nəqliyyat vasitəsini İsmayıllı rayonuna aparıblar. Nurlan Əliyev və Vaqif Vəlibəyovun məqsədi həmin avtomobili ehtiyat hissələri formasında satmaq olub. Oğurlanan avtomobil İsmayıllı rayonunda hissələrə ayrılmış formada Nurlan Əliyevə məxsus təmir sexindən aşkar olunaraq götürülüb.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
07:53 11.10.2026
"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
ABŞ səfiri rüşvətlə təyin edilib? - Araşdırma aparılır
07:40 11.10.2026
ABŞ səfiri rüşvətlə təyin edilib? - Araşdırma aparılır
ABŞ-də “İsayias” qasırğası 4 nəfərin ölümünə səbəb olub
07:26 11.10.2026
ABŞ-də “İsayias” qasırğası 4 nəfərin ölümünə səbəb olub
Tramp: Rusiya-Ukrayna müharibəsi səriştəsizlik səbəbindən başladı
07:12 11.10.2026
Tramp: Rusiya-Ukrayna müharibəsi səriştəsizlik səbəbindən başladı
Çin hibrid avtomobillərin ixracını azaldır
07:00 11.10.2026
Çin hibrid avtomobillərin ixracını azaldır
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
06:40 11.10.2026
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir