"Azərbaycanda QHT-lərin fəaliyyəti, durumu ilə bağlı çox yaxşı vəziyyət mövcuddur"

"Azərbaycanda QHT-lərin fəaliyyəti, durumu ilə bağlı çox yaxşı vəziyyət mövcuddur"
Bütün Xəbərlər
18:11 26.09.2014
1059

“Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti, durumu ilə bağlı çox yaxşı vəziyyət mövcuddur”. Bunu SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ prezidenti Barak Obamanın Vətəndaş institutları haqqında Azərbaycana yönəlik fikirlərinə münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, Vətəndaş cəmiyyətinin üzvləri ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının araşdırmaları var: “Məsələ burasındadır ki, həmin şəxslər maliyyə cinayətlərinə yol veriblər. Hətta deyərdim ki, onların arasında vergidən yayınma halları da var. ABŞ prezidenti və Qərb dairələrinin başqa məqsədlər üçün ayırdığı maliyyə vəsaitlərini Azərbaycanın hüquq-mühafizə orqanları aşkarladığına görə çox narahatdır. Axı nəyə görə başqaları ilə bağlı belə narahatçılıq yoxdur? Azərbaycanda QHT-lərin fəaliyyəti, durumu ilə bağlı çox yaxşı vəziyyət mövcuddur. Vətəndaş cəmiyyəti dövlət idarəçiliyinin vahid elementi kimi iştirak edir”.

OXŞAR XƏBƏRLƏR