Azərbaycanda qohumların davasında qan töküldü

Azərbaycanda qohumların davasında qan töküldü
Bütün Xəbərlər
12:11 10.08.2012
1199

Xaçmaz rayonunun Müşkür kəndində qohumların davası qanla bitib.

Rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Valik Vəlimətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Müşkür kənd sakini 47 yaşlı Kamran Abdulkərimoviç Aslanov qohumu və həmkəndlisi 46 yaşlı Ərəstun Ənvər oğlu Korikovu bıçaqlayıb.

Hadisə Ərəstun Korikovun evində baş verib. Evdə başlayan mübahisə qohumlar arasında ciddi münaqişəyə çevrilib. Əsəblərini cilovlaya bilməyən Aslan bıçaqla Ərəstun Korikova qarın nahiyəsindən bir bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda yaralının vəziyyətinin ağır stabil olduğu bildirilir.

Ekspertizа təyin olunub, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə artıq saxlanılıb.

OXŞAR XƏBƏRLƏR