Azərbaycanda sağlam yaşam və fermentasiya mədəniyyətinə yeni nəfəs gəldi - FOTO

Azərbaycanda sağlam yaşam və fermentasiya mədəniyyətinə yeni nəfəs gəldi - FOTO
SOSİAL
09:08 17.05.2026
688
Fermenta Lab dünyanın müxtəlif ölkələrində tanınan premium fermentləşdirilmiş SHARE məhsullarını artıq Azərbaycanda təqdim edir. Dünya liderlərinin və tanınmış şəxslərin də istifadə etdiyi SHARE məhsulları artıq Bakıdakı Blue Center-də yerləşən Fermenta Lab showroom-unda təqdim olunur.

Burada qonaqlar minimum 30 ay fermentasiya olunan xüsusi meyvələri, təbii tərkibli funksional içkiləri və sağlam həyat tərzini bir araya gətirən unikal konsepti yaxından tanıya biləcəklər.

Açılış tədbirində yerli və xarici qonaqlar, biznes nümayəndələri və sağlam yaşam həvəskarları iştirak edib. Tədbirin xüsusi qonaqları sırasında İsveçrənin Azərbaycandakı səfiri və İsveçrədən gələn SHARE nümayəndələri də yer alıblar.

Fermenta Lab-ın əsas məqsədi fermentasiya ənənəsini müasir yanaşma ilə birləşdirərək insanlara daha şüurlu və keyfiyyətli qidalanma təcrübəsi təqdim etməkdir.

Məkanda təqdim olunan əsas məhsullar:

Share Pomelozzini — fermentləşdirilmiş premium pomelo
Bağırsaq sisteminin və həzm prosesinin dəstəklənməsinə, gündəlik enerji balansının qorunmasına kömək edir.

Share Original — fermentləşdirilmiş yapon əriyi
Mikrobiom balansını və ümumi wellness hissini dəstəkləməyə yönəlmiş premium fermentasiya məhsuludur.

Share Aqua d’Oro — fermentləşdirilmiş meyvə və tərəvəz tərkibli funksional içki
Orqanizmin gündəlik balansını, immuniteti və enerji səviyyəsini dəstəkləməyə kömək edir.

SHARE məhsulları həmçinin qaraciyər yağlanmasının azalmasına dəstək olmaq, çəki balansını qorumağa kömək etmək və yaddaşın dəstəklənməsi istiqamətində də istifadə olunur. Faydaları saymaqla bitməyən bu möcüzəvi məhsullar fermentasiya dünyasının ən xüsusi nümunələrindən hesab olunur.

📍 Fermenta Lab-ın Blue Center-də yerləşən showroom-u hər gün ziyarətçilər üçün açıqdır və məhsulların dadımını etmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR