Azərbaycanda satıcı müştərini marketdə qətlə yetirdi

Azərbaycanda satıcı müştərini marketdə qətlə yetirdi
Bütün Xəbərlər
12:25 13.03.2012
1359
Azərbaycanın Tovuz rayonunda qətl törədilib. Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin prokuroru Çingiz Əlizadə APA-ya bildirib ki, hadisə Tovuz rayonunun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Qəhrəmanov Emin Rafael oğlu martın 12-də saat 20 radələrində bıçaq xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub və aldığı xəsarətdən orada dünyasını dəyişib. Fakta görə həmin tarixdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, zəruri istintaq hərəkətləri həyata keçirilib və cinayətin aləti olan bıçaq aşkar edilərək götürülüb. E. Qəhrəmanovun həmkəndlisi, 1977-ci il təvəllüdlü Ələsgərov Hafiz Alik oğlu rayon polis şöbəsinə könüllü gələrək təslim olub və törətdiyi əməli etiraf edib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR