Azərbaycanda şöbə müdiri qəzada öldü

Azərbaycanda şöbə müdiri qəzada öldü
Bütün Xəbərlər
11:16 26.11.2012
2047
Xaçmaz Rayon Xəstəxanasının qəbul şöbəsinin müdiri Cahangir Hüseynov səhər saatlarında baş verən yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
AZXEBER.COM-un Regional TV-yə isitnadən xəbər verir ki, bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində Xaçmaz Rayon Xəstəxanasının qəbul şöbəsinin müdiri 53 yaşlı Cahangir Hüseynov idarə etdiyi “Niva” markalı avtomaşınla Xaçmaz şəhər sakini 1949-cu il təvəllüdlü Qənbərov Vaqif Camal oğlunun idarə etdiyi “Mercedes” markalı 90 NV 637 dövlət nömrə nişanlı avtomaşın toqquşub.
Qəza nəticəsində Cahangir Hüseynov dünyasını dəyişib. “Mersedes”in sürücüsü 1949-cu il təvəllüdlü Qənbərov Vaqif Camal oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz MRX-na yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR