Azərbaycanda seçkiləri 40 min müşahidəçi izləyəcək

Azərbaycanda seçkiləri 40 min müşahidəçi izləyəcək
Bütün Xəbərlər
13:30 02.10.2013
562

"Azərbaycanda 5491 mətəqədə 5 milyon 145 minə yaxın seçici üçün şərait yaradılıb. Xarcdə yaşayanlar üçün məntəqələr açılıb". Bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Məzahir Pənahov Müstəqil Mətbuat Mərkəzinin açılışında bildirib. Onun sözlərinə görə, Müstəqil Mətbuat Mərkəzində jurnalistlər üçün hər cür şərait yaradılıb: "Səsvermə üçün hər cür şərait yaradılıb. Seçki siyahısında adı olmayan şəxslər müvəqqəti seçki siyahısından istifadə edə bilərlər. Seçkilərin bütün hazırlıq prosesləri seçki məcəllənin tələbinə uyğun olaraq həyata keçirilir. Heç bir problem olmayacaq. Seçkilər üçün əsas tələb seçkilərin şəffaf keçirilməsidir. Birinci məqam demokratik, şəffaf, seçkilərin olması üçün cəmiyyət hazır olmalıdır, hakimiyət siyasi iradə ortaya qoymalıdır. Bunun üçün mətbuat azad olmalıdır. Bizdə mətbuat sərbəst proseslərin içində olacaq. Əsas məsələ səsvermə günü jurnalistlə rin fəal olmasıdır. Müşahidəçi faktoru əsasdır. Onların sayı kifayət sayda olmalıdır. Hazırda Azərbaycanda müşahidəçilərin sayı 40 minə yaxınlaşıb. Bunlardan 1300-dən artığı beynəlxalq müşahidəçidir ki, onlar da mötəbər təşkilatların nümayəndələridir. 100-ə yaxın ölkədən müşahidəçi iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR