Azərbaycanda sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Azərbaycanda sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq
Bütün Xəbərlər
12:34 31.01.2014
741

Havaların sərt keçməsi ilə bağlı əlaqədar sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, Sərnişin daşımaları Departamentinin sərnişin axınını nəzərə alaraq səprnişin qatarlarına lavə vaqonun qoşulması təmin edir.

Ölkənin qərb istiqamətinə hərəkət edən sərnişin qatarlarına bu gün əlavə 8 vaqon qoşulacaq.

Digər sərnişin qatarlarına da tələbat olacağı təqdirdə əlavə vaqonların qoşulması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR