Ötən gün Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzindəki yanğın böyük səs-küyə səbəb olub.
AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda son illərdə böyük səs küyə səbəb olan yanğın hadisələrini əqdim edir.
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzasında çıxan
yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270
nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığını hesab olunur, ancaq sabotaj ehtimalı da var. Sərnişinlərdən
biri olan Çinqiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq
görülmüşdür.
Binəqədi rayonunda yaşayış binasında yanğın — Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında
yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) yanğın baş vermişdi.
İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya
kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir. Faktla bağlı cinayət işi qaldırılmış, hadisəyə səbəb olan bir
neçə məmur həbs edilmişdi.
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş vermişdir. Hadisə "Günəşli" neft yatağının 10
saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 9 nəfər dünyasını
dəyişmişdir. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda
6 dekabr matəm günü elan olunmuşdur.
Respublika Narkoloji Mərkəzində yanğın — Yanğın 2018-ci il martın 2-də saat 06.10-da beş korpusdan ibarət
Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş vermişdi. İlkin araşdırmaların nəticələrinə görə yanğın
binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin
cəsədi aşkar edildi. Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış, həmçinin Baş Prokurorluğun,
Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılmışdı.