Azərbaycanda sevgi faciəsi: Sevgilisindən ayrılan tələbə qız özünü doğradı

HADİSƏ
12:43 05.12.2022
1097
Lənkəranda intihara cəhd olub. 

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran Dövlət Universitetin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb. 

Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR