Azərbaycanda sevgilisindən ayrılan 17 yaşlı oğlan bu yola əl atdı

Azərbaycanda sevgilisindən ayrılan 17 yaşlı oğlan bu yola əl atdı
Bütün Xəbərlər
18:39 03.01.2016
3393
Bakıda 17 yaşlı oğlan sevdiyi qıza görə özünü öldürmək istədi
Bakıda 17 yaşlı oğlan intihara cəhd edib. Hadisə metronun “Sahil” stansiyasının qarşısında, Bülbül küçəsində baş verib.
1998-ci il təvəllüdlü Əliyev Rauf Cəfər oğlu çoxlu dərman həbləri içərək özünü zəhərləyib.
O, təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, 17 yaşlı oğlan bir müddət əvvəl sosial şəbəkədə bir qızla tanış olub. Onlar bir müddət görüşsələrdə sonradan münasibətləri pozulub.
Sevdiyi qızla ayrılığa dözə bilməyən R.Əliyev isə küçədə nümayişkəranə şəkildə həyatına qəsd edib.//Lent.az
OXŞAR XƏBƏRLƏR