Azərbaycanda siqarət, qəlyan və spirtli içkilərin qiyməti bahalaşır - İqtisadçı səbəbini açıqladı

Azərbaycanda siqarət, qəlyan və spirtli içkilərin qiyməti bahalaşır - İqtisadçı səbəbini açıqladı
SOSİAL
14:06 14.04.2022
1851
"Tütün məhsullarının, spirtli içkilərin, qəlyan kimi çeşidlərin aksiz dərəcələrinin artırılması ilə bağlı qərar bir ay öncə verilmiş qərardır. Sadəcə qərarın qüvvəyə minməsi bu günə təsadüf edir, yəni aprelin 14-dən qüvvəyə minir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O, qeyd edib ki, bu, həmin məhsulların bazarlarda qiymətlərinin artmasına səbəb olacaq: "O ki, qaldı bunun təsirlərinə, həmin məhsulların bazarlarda qiymətinin artmasına gətirib çıxaracaq”. 

Ekspertin sözlərinə görə, bu məhsullarda aksiz dərəcələrinin qaldırılması müəyyən qism insanlarda bu vərdişi tərgitməyə səbəb olacaq:

"Konkret mənim mövqeyimə gəldikdə isə, dövlət bütün məhsulların aksiz dərəcələrini aşağı sala bilməz. Bazarda idxaldan asılılıq səviyyəsinin azaldılması üçün, o cümlədən yerli tələbatın ödənilməsi üçün, eləcə də ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün bir çox məhsullar var ki, onların aksiz dərəcələri 0-a endirilir və ya digər hissələr müəyyən qədər endirilir. Ölkənin qida təhlükəsizliyində rol oynayan bir sıra məhsullar var – buğda, un kimi qəbilədən olan məhsullar var ki, bunlarda 0-a qədər endirilmələri biz uzun illərdir ki, müşahidə edirik. Çünki bunlar ölkənin ərzaq təhlükəsizliyində rol oynayan məhsullardır. Amma siqaret, qəlyan, spirtli içki kimi məhsullar var ki, bunlar nəinki ölkənin ərzaq təhlükəsizliyində rol oynamır, əksinə, etiraf edək ki, sağlamlıq üçün ciddi zərər verən, tövsiyə edilməyən məhsullardır. İnsanlar bu zərərli vərdişlərə aludə olduqları üçün bundan istifadə edirlər. Aksiz dərəcələrinin qaldırılması təbii olaraq müəyyən qisim insanlarda bu vərdişi tərgitməyə səbəb olacaq. Bəli, elə insanlar da olacaq ki, bahalaşma ilə o, bu vərdişləri tərgitməyəcək. Nə içkini, nə də siqareti”.

Eldəniz Əmirovun sözlərinə görə, elə məhsullar var ki, onların aksiz dərəcələri endirildikdə, digər bir qismin də artırılmasına  ehtiyac var:

"Ümumi konteksdə bütün aksiz dərəcələrini aşağı salmaq olmaz, yəni biri aşağı salınırsa, balansın qorunması, gömrük yığımlarının plana uyğun tənzimlənməsi, ölkəyə, büdcəyə daxilolmaların optimallaşdırılması üçün mütləq şəkildə elə məhsullar var ki, onların aksiz dərəcələri endirildikdə, digər bir qismin də artırılmasına  ehtiyac var. Bu, maddi təminat baxımından, insanların pis vərdişlərdən uzaq tutulması baxımından və digər aspektlərdən və idxal zamanı baha formalaşan məhsulların yerli istehsalının təşkil olunmasının stimullaşdırılması baxımından bu tip addımların faydaları var. Bir daha təkrar edirəm, təbii olaraq qiymət artımları müşahidə ediləcək, bu məhsullardan istifadəni tərgizə bilməyən insanlardan daha çox xərc tələb olunacaq”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR