Azərbaycanda siqaretin qiyməti bahalaşdı - QİYMƏT

Azərbaycanda siqaretin qiyməti bahalaşdı - QİYMƏT
Bütün Xəbərlər
15:43 01.04.2012
2251

Bu gün səhər saatlarında Bakının bəzi satış mərkəzlərində və “Qasid”lərində siqaretin qiymətinin qalxması müşahidə olunub.

AZXEBER.COM portalının əməkdaşının verdiyi məlumata görə, hazırda şəhərin bəzi satış mərkəzlərində siqaretin qiymətinin qalxması halları hiss olunub.Satıcıların bəzilərininisə,siqaretləri köhnə qiymətlərlə satdıqları məlum olub.

Əhmədli metrostansiyasının qarşısında siqaret satıcısı işləyən Əhməd kişinin AZXEBER.COM-a verdiyi məlmata görə, hazırda siqartin qiymətində elə də ciddi artım yoxdur: “Biz indi siqarteləri köhnə qiymətlərlə satırıq. Ancaq bizə məlumat verilib ki, sabahdan qiymətlər bütün siqaretlərdə qalxacaq. Səbəbini isə bizə bildirməyiblər”.

Satıcılar qiymətlərin 10 qəpik və ya 15 qəpik qalxacağını söyləyirlər.

Qeyd edək ki, qiymətlərin qalxması ilə bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR