Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZXEBER.COM-a verilən məlumata görə, əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki də əsgər yaralanıb. Onların vəziyyəti kafidir. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.