Azərbaycanda 'Son zəng' yasa çevrildi: Daha 2 məzun öldü

Azərbaycanda
Bütün Xəbərlər
15:55 31.05.2013
7179
Bu gün Azərbaycanda 2 nəfər orta məktəb məzunu yol qəzasının qurbanı olub. Hadisələrdən biriSabirabad rayonunun Həşimxanlı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü məzun Niyaməddin Məhəmməd oğlu Ələkbərov yol qəzasında həlak olub.

Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə isə Tovuz-Əlimərdanlı avtomobil yolunda“VAZ-2107” markalı avtomobilin aşması nəticəsində orta məktəbdə “Son zəng”i qeyd edən Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 1996-cı il təvəllüdlü Eltun Nəsrəddin oğlu Mustafayev dünyasını dəyişib.

Şöbədən bildiriblər ki, maşında bir neçə nəfər məzun olub. Hazırda hadisənin baş vermə səbəbləri və digər sərnişinlərin tapılması istiqamətində tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR