Azərbaycanda sosial media ilə bağlı qanun qəbul edilə bilərmi? - ŞƏRHLƏR

ÖZƏL
17:38 14.10.2022
2623
Türkiyədə "dezinformasiya ilə mübarizə qanunu" qüvvəyə minib. Qanun Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb. 

Dezinformasiyaya qarşı mübarizə məqsədi ilə hazırlanan qanun təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutur. Şəxsiyyətini gizlətməklə və ya təşkilat çərçivəsində cinayət törədilibsə, cəza onun yarısı qədər də artırılacaq.

Məlumdur ki, müəyyən vaxtlarda sosial şəbəklərin Azərbaycan sektorunda da dezinformasiyaların yayılması müşahidə olunur. Hətta bu, ötən ay "Tiktok” sosial platformasının məhdudlaşdırılmasına da səbəb oldu.

Bütün bunları nəzərə alaraq, ölkəmizdə də sosial media haqda belə bir qanunun qəbul edilməsinə ehtiyac varmı? Dezinformasiyaların yayılmaması üçün sosial media üzərində hansı nəzarət metodu tətbiq olunmalıdır?

Əməkdar jurnalist Elçin Mirzəbəyli mövzu ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib. 

O, qeyd edib ki, indiki şəraitdə sosial şəbəkələrin tənzimlənməsi vacib şərtlərdən biridir:

"Türkiyə uzun illərdir ki, virtual hüququn tətbiq olunması ilə bağlı beynəlxalq müstəvidə məsələ qaldırır. Amma təəssüflər olsun ki, ayrı-ayrı ölkələr öz maraqlarından çıxış edərək virtual meydana belə bir hüququn gəlməsində maraqlı görünmürlər. İndiki şəraitdə sosial şəbəkələrin tənzimlənməsi vacib şərtlərdən biridir. Çünki ola bilməz ki, real həyatda hər şey hüquqla tənzimlənsin, amma sosial şəbəkələrdə bu, mümkün olmasın, orada hüquq və azadlıqlarına kobud şəkildə müdaxilə edən insanların şəxsiyyətini alçaldan məlumatlar yayılsın. Yaxud dövlətlərin, cəmiyyətlərin təhlükəsizliyinə təhdid yaransın. Bu aspektdən də, şübhəsiz, virtual aləmdə də vacib qaydada hüquqi və ictimai tənzimlənmə mexanizmləri işə salınmalıdır. Bunun üçün müvafiq qaydada qanunun qəbul olunmasına ehtiyac var”. 

Elçin Mirzəbəyli həmçinin vurğulayıb ki, Azərbaycanda hüquqi tənzimləmənin Türkiyə qanunvericiliyi ilə eyni olması vacib deyil, amma təcrübə olaraq bundan yararlanmaq olar:

"Bu, vacib deyil ki, eynilə Türkiyənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilsin. Çünki Türkiyədə qüvvəyə minən qanunda bir sıra məqamlar var ki, o məqamlar bizim həm konstitusiyon normalara uyğun gəlmir, həm də Azərbaycanın müvafiq qaydada beynəlxalq müstəvidə özlərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Ümumilikdə, bir forma olaraq, prinsip olaraq yanaşma tərzini qəbul etmək mümkündür. Bu aspektdən də düşünürəm ki, hüquqi tənzimləmələrə ehtiyac var. Azərbaycan da çox güman ki, həm Türkiyənin təcrübəsindən, həm də digər ölkələrin təcrübəsindən yararlanacaq. 

Məsələn, Almaniyada konkret istiqamətlər üzrə hüquqi tənzimləmələr var. Burada vətəndaşların haqqında yayılan böhtan və yalan xarakterli məlumatlar, yaxud konkret olaraq şəxslərin cinayətdə ittiham olunması və s. bu tip məqamlar hüquqla tənzimlənir. Digər tərəfdən də bir sıra ölkələrdə, sosial şəbəkələrin ofislərinin həmin ölkələrin ərazisində açılması ilə bağlı tələblər var. Bu tələblər də əslində mexanizm olaraq Türkiyənin tətbiq etdiyi mexanizmlərə uyğundur”. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu da AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, günümüzdə dezinformasiya və bilgi çirkliliyi ən vacib problem olaraq qalmaqdadır:


"Sosial media müxtəlif və fərqli yanaşmaları özündə əks etdirən rəngarəng palitranı göz önündə canlandırmaqdadır. Bu, bir tərəfdən hərtərəfli və müxtəlif yöndən baxışları, plüralizmi və fikir müxtəlifliyini əks etdirməsi ilə müsbət qəbul edilə bilərsə, digər tərəfdən mənfi yönləri ilə də narahatlıq doğurur. Məsələn, əsasən gənc və yeniyetmələrə neqativ yöndən mənfi psixoloji təsir göstərən yazılar və ya paylaşımlar buna misal ola bilər. Bura informasiya ilə manipulyasiya və məqsədli dezinformasiya yayımı problemlərini də şamil etmək lazımdır. Ümumiyyətlə, günümüzdə dezinformasiya və bilgi çirkliliyi ən vacib problem olaraq qalmaqdadır.

Ümumiyyətlə, rəqəmsal alətlər insanların həyatını asanlaşdıra bilsə də, siyasi, sosial və iqtisadi məqsədlər üçün saxta və ya yönləndirici xəbərlər yaymağa çalışan fərdlər və qruplar üçün müəyyən əlverişli imkanlar da yaratmaqdadır. Bu kontekstdə dezinformasiyaya əsaslanan məzmun troll və bot (saxta) hesablar, "Facebook” və "Twitter” kimi məşhur sosial media platformalarında yönləndirici kontent, audio və video üzərində manipulyasiyalar və kiberpirat fəaliyyətləri vasitəsilə rəqəmsal kommunikasiya şəbəkələrində sürətlə yayıla bilir. Bu isə mediaya və xəbərlərə inamın azalmasına, istifadəçilərin müəyyən sosial, siyasi və ya iqtisadi məqsədlərlə manipulyasiyasına, insanların qərar qəbul etməsinə mənfi təsir göstərməsinə, şübhəli məlumatlar əsasında ictimai rəyin yönləndirilməsinə gətirib çıxarır”.

Vüqar Zifəroğlu qeyd edib ki, bu tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır:

"Bu mənada vurğulamaq lazımdır ki, dezinformasiya ilə mücadilə kapsamında bir çox aparıcı ölkələrin qanunveriliyində də müvafiq qaydalar təsbit edilib. Almaniyada internet qanunu, sosial media ilə bağlı Şəbəkə Mühafizə Qanunu (NetzDG), Fransada İnformasiyanın Manipulyasiyası ilə Mübarizə Qanunu buna misal ola bilər. Eyni zamanda Avropa İttifaqının Süni intellekt üzrə Uyğunlaşdırılmış (təklif) Qaydaları dezinformasiyaya/manipulyasiyaya səbəb ola biləcək məzmunun istehsalında süni intellekt proqram təminatının istifadəsi ilə bağlı ətraflı tənzimləmələri ehtiva edir.

Türkiyədə qəbul edilən qanun da bu mənada əslində, sosial media platformalarında mövcud olan xəbər çirkliliyi və dezinformasiyalarla mübarizənin aparılması baxımından müsbət qəbul edilməlidir. Xüsusi vurğulamaq lazımdır ki, bu tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır. Əksinə, məqsədli bilgi yönləndirmələri, informasiya manipulyasiyaları, eləcə də dezinformasiyaların qarşısını alır”.
 
Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb