Azərbaycanda süni qar yaradılır - VİDEO

Azərbaycanda süni qar yaradılır - VİDEO
Bütün Xəbərlər
13:42 16.01.2013
1860
Şahdağ Qış-yay Turizm Kompleksinin bir hissəsi tam işçi qüvvəsi ilə fəaliyyətə başlayıb və artıq kompleksə xizək sürməyə gələnlər var. Turistlərin qış xizək turizmindən səmərəli istifadə etmələri üçün kompleksin lift bazasının ərazisində xüsusi qurğular quraşdırılıb. Quraşdırılan bu maşınlar gecə saatlarında işə salınır və süni qar yaradır. Hazırda burada havanın tempraturu 6 dərəcə təşkil edir.Hazırda turizm kompleksində 70-dən artıq belə süni qar yaradan qurğular inşa olunub. Qurğulara su Qusarçaydan yüksək təzyiqli nasoslar vasitəsilə vurulur. Su ilə tam dolan maşınlar havanın temperaturu sıfır dərəcəyə enəndə avtomatik işə düşür və qar yaratmağa başlayır. Qar yaradıldıqdan sonra qar sıxıcı maşınlar həmin qarı yerə hopdururlar.Qarın yaradılması, eləcədə yerə hopdurulması işləri əsasən gecə saatlarında aparılır ki, səhər kompleks turistləri qəbul etməyə hazır olsun. Şahdağ Qış-yay Turizm Kompleksinde 2-si uşaqlar üçün olmaqla hələlik 6 kanat quraşdırılaraq istifadəyə verilib. 4 nəfərlik olan kabinələr yerdən 1435-1800 m yüksəkliyə qalxmaqla turistlərin ətraf ərazini tam görmələri üçün əla imkan yaradır. Qalır kompleksə gəlib bu imkanlardan istifadə etmək.
OXŞAR XƏBƏRLƏR