Azərbaycanda sürücülər nəyə görə daha çox radara düşürlər? - VİDEO

Azərbaycanda sürücülər nəyə görə daha çox radara düşürlər? -  VİDEO
Bütün Xəbərlər
10:30 16.12.2013
1057

Sürət ölçən cihazlarla Azərbaycanda az qala terror hadisələri qədər can alan yol qəzalarının qarşısını almaq mümkündürmü?

Azərbaycanda yol qəzaları az qala terror hadisələri qədər can alır. Bu ilin 11 ayı ərzində 2 min 646 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1061 nəfər ölüb, 2761-i isə yaralanıb. İnsan ölüm ilə nəticələnən qəzaların böyük bir hissəsi sürət həddinin aşması nəticəsində baş verib. Dövlət Yol Polisi yüksək sürət həddinin qarşısını alınmasının əsas yolunu radarların tətbiqində görür. Heç kim üçün sirr deyil ki, ölkənin magistral yollarında bəzi sürücülər avtomobili sürət həddini aşmaqla idarə edirlər, stasionar radara çatdıqda sürəti azaltsalar da, sonra yenə qaydanı pozurlar. Buna görə də dövlət yol polisi mobil radarları tətbiq etmək fikrindədir.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev radarların istifadə olunduğu ərazilərdə mütləq müvafiq yol nişanlarının olmalı olduğunu deyir: “İstər keşik patrol avtomobillərində , istərsə də piyada xidmət aparan naryadda da bu radarlar istifadə oluna bilər. Belə ki, həmin sürət ölçən cihazlar istənilən ərazidə, yəni xidmət yerindən asılı olaraq xidməti ərazidə həmin radarların yerini dəyişdirməklə istifadə oluna bilər. Sadəcə bu radarların istifadə olunduğu ərazidə müvafiq yol nişanları mütləq olmalıdır. Bu da yol hərəkəti qanunun 50-ci maddəsində müvafiq dəyişikliklər və əlavələr edildikdən sonra qüvvəyə mindi”.

Bir müddət əvvəl, yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi məsələsi müzakirə edilərkən sürücülər, eləcə də, bir sıra millət vəkilləri yol polisinin yol kənarında dayanmış mülki avtomobillərdə radarlar quraşdırmalarından narazılıqlarını ifadə edirdilər. Əslində beynəlxalq təcrübədə gizli radarlardan istifadə halları mövcuddur.

Avtoekspert Azər Allahverənov radarların qurulmasında beynəlxalq təcrübəyə əsaslanıldığını deyir: “Müvafiq qurumlar beynəlxalq təcrübəyə diqqətlə yanaşırlar. Hansı cihazdır, harada qurulur və necə ölçür, bütün bunlara diqqət olunur”.

Amma bizdə sürücülər gizli radarların tətbiqinə razı deyillər. Onların fikrincə, yol polisi bu radarlardan sürəti müəyyənləşdirmək üçün deyil, sürücünü cərimələmək üçün istifadə edir.

Burada problem sürücülərin və polislərin radarlara fərqli münasibətindədir. Sürücülərin böyük hissəsi radara sürət həddinin pozulmasını müəyyənləşdirən və bununla da, mümkün qəzanın qarşısının alınması vasitəsi kimi baxmırlar. Onlar üçün bu cəza vasitəsidir və hər bir sürücü bu cəzadan bütün mümkün yollarla yayınmağa çalışır. Amma polislər arasında da radara mümkün qəza vəziyyətini önləmək vasitəsi kimi deyil, sadəcə, sürücünü cərimələmək aləti kimi baxanlar var. İndi əsas məsələ gizli radarların tətbiqi sahəsində qızıl ortanı tapmaqdır.

Millət vəkili Çingiz Qənizadə də radarların qoyulduğu yerlərdə müvafiq xəbərdaredici nişanların olmasını vacib sayır: “Mütləq bu radarlar qoyulduğu yerdə - yolun kənarında xəbərdaredici nişanlar olmalıdır. Yaşayış məntəqələrindən kənarda bu 150-1000 metr məsafədə, yaşayış məntəqələrində isə 50-200 metrdə qoyulmalıdır. Əks təqdirdə isə bunların qoyulması qanun pozuntusudur”.

Biz bu sahədə hər kəsin fikrini öyrəndik. İndi qalır hər kəsin qanunun tələblərinə əməl etməsi və qanun pozuntularına yol verməməklə yanaşı, qəzalardan da uzaq olmaq. Baş verən qəzaların qarşısını almaq üçün isə sürücülər məsuliyyətli, yol polisi isə daha çevik olmalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb