Azərbaycanda sürücülər üçün radio açıldı

Azərbaycanda sürücülər üçün radio açıldı
MEDİA
15:00 10.09.2013
1624
Azərbaycanda yeni radio fəaliyyətə başladı. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 107.7 tezliyində "Auto FM" radiosu sentyabrın 9-dan etibarən texniki yayıma başlayıb. 
NİİM-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əsas yayıma isə oktyabr ayında start veriləcək."Auto FM" əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır. "Auto FM" radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.Qeyd edək ki, radioya 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində keçirilmiş iclasında qəbul edilib.
OXŞAR XƏBƏRLƏR