Azərbaycanda sürücünü döyən polislərlə bağlı araşdırma aparılacaq - VİDEO

Azərbaycanda sürücünü döyən polislərlə bağlı araşdırma aparılacaq - VİDEO
Bütün Xəbərlər
13:10 29.08.2012
1358

Azərbaycanda polislərin vətəndaşa qarşı kobud davranışını əks etdirən daha bir video yayılıb.

Xəbər verdiyimiz kimi, ötən gün AZXEBER.COM-un daimi oxucularından biri rəsmi 64 minlik “facebook” səhifəmizə maraqlı bir video göndərib. Görüntülərdə polisin vətəndaşı döyməsi və çəkilişi aparan şəxsin dəfələrlə “sizə vətəndaşı döymək tapşırılıb?” kimi suallar ünvanlaması öz əksini tapıb.

Qeyd edək ki, videoda sürücünü döyən yol polisi avtomobilinin nömrə nişanı da qeydə alınıb.

AZXEBER.COM-un məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidovun ANS-ə verdiyi məlumata görə, məsələ ilə bağlı lazımi araşdırma aparılacaq. Araşdırmalardan sonra müvafiq qərar veriləcək.
OXŞAR XƏBƏRLƏR