23:56 şənbə, 25 Yanvar 2020
SAĞLAMLIQ

Azərbaycanda talassemiya xəstələrinin sayı 5 dəfədən çox artıb

11:08, 02.12.20192707
Azərbaycanda talassemiya xəstələrinin sayı 5 dəfədən çox artıb
Son 13 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı artıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, ötən il ölkədəki talassemiya xəstələrinin sayı 2017-ci illə müqayisədə azalsa da, ümumilikdə son 13 il ərzində göstərici 5 dəfədən çox artıb.

2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı 3 700 olub.

Bu say 2017-ci ildə 3 835, 2015-ci ildə 2 593, 2010-cu ildə 1 650, 2005-ci ildə 656 nəfər təşkil edib.

Ötən il qeydiyyatda olan talassemiya xəstələrinin 2 046-sı 17 yaşa qədər uşaqlar olub.

2018-ci ildə ölkədə 418 nəfərə ilk dәfә şəkərli talassemiya diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 302 olub.

Keçən il ilk dəfə talassemiya diaqnozu qoyulmuş xəstələrin 232-si 17 yaşa qədər uşaqlardır.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 7,8-nə ilk dəfə talassemiya diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu göstərici 37,5-ə yüksəlib

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ